Ali Məhkəmə: Öhdəliyin icrasının mümkünsüz hesab edilməsi borclunu məsuliyyətdən azad etmir
Ali Məhkəmənin Mülki kollegiyası müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti ilə bağlı vahid məhkəmə təcrübəsi müəyyən edib.
Bu barədə SİA-ya Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, tərəflər arasında bağlanmış müqaviləyə görə iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökülməsi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 19,6 kv.m sahəsi olan təmirli mənzil təqdim etməyi və mənzil təhvil verilənədək kirayə xərclərini ödəməyi öhdəsinə götürüb.
Lakin sonradan iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini bildirərək, yeni tikilidə mənzillə təmin olunma, ödənilməmiş kirayə haqları, həmçinin maddi və mənəvi zərərin ödənilməsini tələb edib.
Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı rədd edib. Apellyasiya məhkəməsi bunu binada 19,6 kv.m sahəli mənzilin mövcud olmaması ilə əsaslandırıb və öhdəliyin icrasının mümkün olmadığını qeyd edib.
İşə baxan Ali Məhkəmə isə qeyd edib ki, öhdəliyin yerinə yetirilməsinin mümkün olmaması icranın imkansızlığı (mümkünsüzlüyü) ilə bağlı bir məsələdir. İcra imkansızlığı, öhdəliyin yerinə yetirilməsinin daimi və qəti şəkildə mümkün olmamasıdır. Başqa sözlə, öhdəliyi icra etmək obyektiv səbəblərdən və hər kəs üçün imkan xaricində olur.
Ali Məhkəmə izah edib ki, icra mümkünsüzlüyü başlanğıcdakı və sonrakı olmaqla iki növə ayrılır. Başlanğıcdakı icra mümkünsüzlüyü müqavilə bağlanana qədər mövcud olan və icranı obyektiv şəkildə mümkünsüz edən hallardır və bu halda öhdəlik ümumiyyətlə yaranmır və əqdin etibarsızlığına dəlalət edir. Sonrakı icra mümkünsüzlüyü isə müqavilə bağlandıqdan sonra meydana çıxır və iki formaya bölünür: təqsirli icra mümkünsüzlüyü və təqsirsiz icra mümkünsüzlüyü. Əgər öhdəliyin icrası borclunun davranışı və ya onun cavabdeh olduğu səbəblərdən mümkün olmazsa, borclu məsuliyyətdən azad edilmir, öhdəlik qüvvədə qalır və kreditor həm icranı tələb etmək, həm də dəymiş zərərin ödənilməsini istəmək hüququna malik olur.
Ali Məhkəmə xüsusilə vurğulayıb ki, borclu öhdəliyin sonradan mümkün olmayacağını bildiyi və ya bilməli olduğu halda belə məsuliyyətdən yayınması yolverilməzdir. Əgər icra borclunun iradəsindən kənar, qarşısıalınmaz və fövqəladə hallardan irəli gələrsə, bu zaman borclu məsuliyyətdən azad edilir və öhdəliyə xitam verilir. Mülki Məcəllənin 556.1-ci maddəsində nəzərdə tutulan xitam yalnız tərəflərin heç birinin cavabdeh olmadığı hallara şamil edilir.
Ali Məhkəmə belə nəticəyə gəlib ki, öhdəliyin icrasının mümkünsüz hesab edilməsi borclunun məsuliyyətdən azad olunması demək deyil və bu halın səbəbləri ayrıca araşdırılmalıdır.
Yekunda kassasiya instansiyası apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün geri qaytarıb.
Xəbər lenti
Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşüb
Siyasət 22:03Nadir Rolls-Royce Malayziyanın vəliəhd şahzadəsində peyda oldu...
Texnologiya 21:27Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...
Şou-Biznes 21:05Çin niyə Misirə pul qoyur?
Dünya 20:27“Neftçi” “İmişli”ni məğlub edib
İdman 19:12Hindistan və Çin barışmaq fikrinə gəliblər..?
Dünya 19:0712 sentyabr - Ümumdünya İlk Tibbi Yardım Günüdür
Səhiyyə 19:03Çin öz sirrinin qurbanına çevrilib...
Dünya 18:51Əl-Qaidənin hekayəsi necə bitdi..?
Dünya 18:27Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər
Siyasət 18:18Ukrayna “inqilabı”nın pərdəarxası...
Dünya 18:05İsmail Kartalın istefası qəbul edildi
İdman 17:42Ölkəmiz tərəqqi yolunda inamla irəliləyir
Siyasət 17:20Uzaqgörən və məqsədyönlü siyasi strategiya
Siyasət 17:18Davamlı tərəqqi, tarixi nailiyyətlər və yeni hədəflər
Siyasət 17:10Tarixi Zəfərin reallıqlarını yaşayırıq
Siyasət 17:05Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri
Səhiyyə 15:25AB Kiyevə müdafiə üçün 6,1 milyard avro ayırıb
Dünya 15:21Rusiyanın yeni miqrasiya siyasəti - AKTUAL
Siyasət 15:16Paşinyan “açıq kosmos”da - GÜNDƏM
Dünya 15:09İran ballistik raket istehsalını yeniləyir
Dünya 15:00Qazaxıstan Xəzər dənizində hərbi təlimlərə başlayır
Siyasət 12:20Stresə qarşı mübarizədə idmanın əhəmiyyəti - FOTO
Sosial 12:17Dron hücumları Rusiyada neft hasilatını azaldıb
Dünya 12:16ŞƏT nüfuzlu beynəlxalq təşkilata çevrilir - TƏHLİL
Siyasət 11:526 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
İqtisadiyyat 11:37Diplomatlar Xankəndidə yeni tikintilərlə tanış olublar
Siyasət 11:04Tramp: İranla müharibə 2029-cu ilədək bitəcək
Dünya 10:43Ukrayna və Kanada arasında 100 illik BƏYANNAMƏ
Dünya 05:04Avropa ŞOKDA - qaz qiymətləri "əl yandırır!"
İqtisadiyyat 03:22Bu gün 11 sentyabr terror hücumlarından 25 il ötür
Siyasət 03:05"Fənərbağça"nın baş məşqçisi İSTEFA VERDİ
İdman 02:21“Turan Tovuz”dan daha bir TRANSFER
İdman 01:22"Sabah" "Mançester Yunayted"ə uduzdu - YENİLƏNİB
İdman 01:02V turun hakim təyinatları açıqlandı - hansı hakim hansı oyunu idarə edəcək?
İdman 10 Sentyabr 23:29"Azərbaycanın bu təcrübəsi Türkiyə üçün çox qiymətlidir" - türkiyəli nazirdən AÇIQLAMA
Siyasət 10 Sentyabr 23:02Suraxanının bu ərazisində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyuldu - XƏBƏRDARLIQ
Sosial 10 Sentyabr 22:30BMT Təhlükəsizlik Şurası toplanır - Yəmənə görə...
Dünya 10 Sentyabr 22:03Əlverişli qiymətə satılan Volkswagen elektrik avtomobili hitə çevrilib...
Texnologiya 10 Sentyabr 21:51Sandra Bullok özünü “faralardakı maral”la müqayisə etdi...
Mədəniyyət 10 Sentyabr 21:28Çeçenistan rəhbəri üzü gizlədən geyim geyinməyi tənqid edib...
Sosial 10 Sentyabr 21:07Uğurların təməlində xalqın dəstəyi dayanır
Siyasət 10 Sentyabr 21:00Böyük etimad, sonsuz inam
Siyasət 10 Sentyabr 20:49“Dünyanın ağ-qara rəngə çevrilməsini bəyənmirəm...”
Dünya 10 Sentyabr 20:48Elon Maskın keçmiş həyat yoldaşı evlilikləri ilə bağlı sükutu pozdu...
Sosial 10 Sentyabr 20:27“The Wall Street Journal”: Pekin özünü üstələyib...
Dünya 10 Sentyabr 20:05Alim öz layihəsinin nəticələrindən qorxur...
Texnologiya 10 Sentyabr 19:51Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib...
Dünya 10 Sentyabr 19:42"Botafoqo" Hakim Ziyeşi transfer edib
İdman 10 Sentyabr 19:36“FT”: Ağ Ev Vittkoffun Ukrayna danışıqlarında iştirakını azalda bilər...
Dünya 10 Sentyabr 19:28Putin və Lavrovun bunkerlərinə gəzinti... .
Dünya 10 Sentyabr 19:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



