Keşlədə 58 nəfər təxliyə edilib, Bakıda su basmış yerlər təmizlənir

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Qurumdan SİA-ya verilən məlumata görə, hazırda Bakı şəhərinin Xəzər, Sabunçu, Nizami, Binəqədi, Səbail və Qaradağ rayonlarında, həmçinin Abşeron rayonu və Bakı-Sumqayıt yolundakı su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir.

Bundan əlavə, Keşlə qəsəbəsində ümumilikdə 58 nəfər vətəndaş təxliyə edilib.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə