Ötən gün axtarışda olan 233 nəfər saxlanılıb

Martın 31-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 233, o cümlədən borclu şəxs qismində axtarışda olan 208, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 20 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 67 kiloqramdan artıq narkotik vasitə və 201 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 17 tüfəng, 3 patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər də saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə