Ali Məhkəmə borc münasibətlərinə daxil olarkən nələrə diqqət edilməli olduğunu açıqlayıb
Ali Məhkəmə borc müqaviləsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Bu barədə SİA-ya məhkəmədən məlumat verilib.
Bildirilib ki, gündəlik həyatda insanlar tez-tez bir-birinə borc pul verir. Bu münasibətlər çox vaxt qarşılıqlı etibar əsasında qurulur və əksər hallarda yazılı şəkildə rəsmiləşdirilmir. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda borc münasibətlərinin düzgün sənədləşdirilməməsi tərəflərin hüquqlarının qorunmasını xeyli çətinləşdirir.
Praktikada borc münasibətləri ilə bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi məhz müqavilənin yazılı şəkildə bağlanmaması və ya borcun verilməsi və qaytarılması ilə bağlı yazılı sübutların olmaması səbəbindən yaranır.
Borc müqaviləsi nə vaxt yazılı formada bağlanmalıdır?
Qanunvericiliyə əsasən, borcun məbləği 3000 manatdan artıq olduqda, həmçinin borcun məbləğindən asılı olmayaraq müqavilə tərəflərindən biri hüquqi şəxs olduqda, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.
Yazılı forma niyə vacibdir?
Yazılı müqavilə tərəflərin iradəsinin aydın ifadə olunmasına imkan verir. Bu zaman borcun məbləği, qaytarılma müddəti, qaytarılma üsulu (birdəfəlik və ya hissə-hissə), eləcə də digər şərtlər dəqiq müəyyən edilir. Bu isə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir, eyni zamanda tərəfləri gələcəkdə yarana biləcək mübahisələr zamanı ağır sübutetmə yükündən də qoruyur.
Əgər qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmazsa, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilə bilər. Bu isə tərəflər üçün hüquqi baxımdan daha əlverişsiz nəticələrə səbəb ola bilər. Belə ki, əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddəti iki il təşkil edir. Halbuki borc müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq olunur.
Borc müqaviləsi ilə yanaşı, tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin icrasının da müəyyən formada sənədləşdirilməsi vacibdir. Yəni borcverənin pul vəsaitini verməsi və borcalanın borcu qaytarması ilə bağlı hərəkətlər də mümkün qədər yazılı şəkildə təsdiq edilməlidir. Məsələn, bank köçürmələri, qəbzlər, tərəflər arasında aparılmış yazışmalar və digər vasitələrlə.
Əks halda, yəni borc münasibətinin şifahi şəkildə qurulması və pul vəsaitinin heç bir yazılı təsdiq olmadan əlbəəl verilməsi və qaytarılması hallarında tərəflərin bu faktları sübut etməsi çətinləşir və iddia etdikləri halları kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilmədikləri üçün məhkəmələr tərəfindən iddiaları rədd edilir və ya irəli sürülən etirazları qəbul olunmur.
Tövsiyələr
Borc münasibətlərinə daxil olarkən gələcəkdə yarana biləcək hüquqi risklərin qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət yetirilməsi tövsiyə olunur:
· borcun məbləği 3000 manatdan artıq olduqda mütləq yazılı müqavilə bağlamaq;
· müqavilədə borcun məbləğini, qaytarılma müddətini və ödəniş qaydasını dəqiq göstərmək;
· mümkün olduqda pul vəsaitini bank köçürməsi vasitəsilə vermək;
· borcun verilməsi və qaytarılması zamanı qəbz və ya yazılı təsdiq almaq;
· tərəflər arasında aparılan mesajlaşmaları və digər yazışmaları saxlamaq;
· zəruri hallarda müqavilənin tərtibi üçün peşəkar hüquqi məsləhət almaq.
Borc müqaviləsinin düzgün tərtib olunması və münasibətlərin şəffaf şəkildə rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunmasına, gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir.
Xəbər lenti
Porsche şirkəti videoregistratoru tanınmayacaq dərəcədə dəyişdi...
Texnologiya 21:27“Krımda panika başlayıb...”
Dünya 18:49“Ay etibarsız”..?
Dünya 18:26“Xaricə səyahət edəndə özümü rahat hiss etmirəm”
Dünya 18:04AZAL 2025-ci il üzrə illik hesabatını təqdim edib
Sosial 17:49Məhkəmənin baxış iclası 10 dekabra təyin edilib
Sosial 17:36FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirib
Hadisə 16:38Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub
Hadisə 16:35El qınağı bizi qoruyur, yoxsa azadlığımızı əlimizdən alır ? - KÖŞƏ
Köşə yazıları 16:05Azərbaycan Çinlə enerji tərəfdaşlığının inkişaf perspektivini müzakirə edib
İqtisadiyyat 15:2526 Noyabr – Azərbaycan Kəlağayısı Günüdür - ARAŞDIRMA
Mədəniyyət 13:54Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Sosial 12:17Elmira Şabanova kimdir? – Xalq artistinin həyat və yaradıcılıq yolu
Mədəniyyət 11:32Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
İqtisadiyyat 11:00Dağlıq ərazilərə qar yağıb
Hadisə 10:55“Azərişıq” Salyanda fermer və sahibkarlarla görüş təşkil edib
İqtisadiyyat 10:53Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib
İqtisadiyyat 10:36Azərbaycan nefti 100 dollardan baha satılır
İqtisadiyyat 10:04Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:04Bu ölkə prezidenti gələn il Azərbaycana gəlir
Siyasət 02:02Yevlaxda dəhşətli YOL QƏZASI - ölü və yaralı var
Hadisə 01:03Qaradağda palçıq vulkanı püskürüb - MƏLUMAT
Sosial 00:03"Sabah" "Barselona"ya uduzdu - YENİLƏNİB
İdman 25 Noyabr 23:39"Zelenski ilə heç kim danışıqlar aparmır" - Moskvadan AÇIQLAMA
Dünya 25 Noyabr 23:22Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb
Siyasət 25 Noyabr 23:03Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 25 Noyabr 22:31Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olacaq -AÇIQLAMA
Dünya 25 Noyabr 22:19Yevlaxda orta məktəbdə tüstülənmə olub
Hadisə 25 Noyabr 22:02Toyota idman avtomobillərinə yeni bir həyat verir…
Texnologiya 25 Noyabr 21:52GTA elm adamlarına Los-Ancelesin gələcəyini öyrənməyə kömək etdi
Texnologiya 25 Noyabr 21:26Filosof ölümsüzlük mifini dağıtdı...
Sosial 25 Noyabr 21:07"Sabah" - "Barselona": Heyətlər
İdman 25 Noyabr 21:00ABŞ ilk hipersəs raket batareyasını silahlanmaya qəbul edib
Dünya 25 Noyabr 20:53Rəqəmlər təsiredicidir...
Rəy 25 Noyabr 20:49Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8631
+0,13%
-
GBP
2,2271
+0,09%
-
RUB
2,0562
-0,76%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



