Rusiya vətəndaşı Azərbaycanda kibercinayətkarlıq ittihamı ilə həbs edilib. Məlum olub ki, Vaysero Aleksandr Vladimiroviç banklardan birindən cinayət yolu ilə 400 min manatdan çox pul ələ keçirməkdə ittiham olunur.
O, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkatlıqla Mübarizə Baş İdarəsi tərəfindən tutularaq istintaqa cəlb edilib.
Toplanmış sübutlar əsasında Vaysero Aleksandr Vladimiroviçə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham verilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB