Neftçalada avtomobil su kanalına aşıb, iki nəfər ölüb

Neftçala rayonunda nəqliyyat vasitəsinin su kanalına aşması ilə nəticələnən yol qəzası zamanı iki nəfər ölüb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında qeydə alınan qəza zamanı "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Hadisə nəticəsində R.Manaflı və Ə.Manaflı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə