FHN "Omid"ə məxsus mağazada nöqsan aşkarlayıb

Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 36A ünvanında yerləşən "Omid" MMC-yə məxsus tikinti materiallarının pərakəndə satışı mağazasının fəaliyyəti qismən məhdudlaşdırılıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sözügedən mağazada keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Qeyd olunanları nəzərə alaraq "Omid" MMC-yə məxsus tikinti materiallarının pərakəndə satışı mağazasının fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə