Sumqayıtda 39 yaşlı qadın dəm qazının qurbanı oldu...

Sumqayıtda 39 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. Hadisə şəhərin Sülh prospekti ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Xəyalə Əzizbəy qızı Kərimova evdə dəm qazının sızması nəticəsində zəhərlənərək həyatını itirib. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə