Xaçmaz-Quba yolunda "KamAz" markalı yük maşını ilə "Chevrolet" markalı minik avtomobili toqquşub.
SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hadisə yolun ensiz hissəsində baş verdiyinindən digər nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə yolda uzun tıxac yaranıb.
Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər yolun hərəkət hissəsindən çıxarılıb və nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB