Zaqatalada ikimərtəbəli evdə yanğın olub.
SİA-nın bölgə müxbiri xəbər verir ki, yanğın Zaqatala rayonun Qımır kənd sakini Xoşbəxt Mazanova məxsus yaşayış evində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir neçə texnikası və çox sayda canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli evin dam örtüyünün 225 kvadratmetri yanıb. Evin qalan hissəsi yanğınsöndürənlərin səyi nəticəsində mühafizə edilib.
Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB