Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində qeydə alınıb. Belə ki, 72-BF-530 dövlət nömrə nişanlı "Reno Meqan" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala düşüb. Qəza zamanı xəsarət alan bir ailənin 4 üzvü - Ramin Əliyev, Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB