Ağsuda özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edərək dələduzluqda şübhəli bilinən qadın saxlanılıb
Ağsuda vətəndaşları aldadaraq onlayn yolla onların pulunu ələ keçirməkdə şübhəli bilinən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.
Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, o, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB