Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən poladəritmə sexində fevralın 27-də baş verən partlayış zamanı xəsarət alan fəhlələrdən biri müalicə aldığı xəstəxanada həyatını itirib. SİA-nın verdiyi məlumata görə, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada işləyən 1994-cü il təvəllüdlü Elməddin Nurəddin oğlu İsmayılov, Ceyhun Zakir oğlu Davidov (1989) və Coşqun Ruşan oğlu Məmmədov (1997) müxtəlif dərəcəli yanıq xəsarətləri almışdılar.
Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Aparılan müalicə və müayinələrə baxmayaraq 1997-ci il təvəllüdlü C.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB