Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Martın 3-də paytaxtın Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən sorğulara verilən cavabda bildirilib.

Qeyd olunub ki, ilkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə