Astarada qadın qətlə yetirilib. SİA-nın əldə etdiyi xəbərə görə, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib.
Belə ki, 1970-ci il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisəni törətməkdə şübhəli bilinən Ruhanə İmanovanın iki uşağı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB