Xaçmazda motoblok piyadanı vuraraq öldürüb

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə rayonunun Çinartala kəndində baş verib.

Belə ki, Faiq Əhmədov idarə etdiyi motoblokla hərəkətdə olduğu zaman piyada Qəmər Əhmədovanı vurub, nəticədə o, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də cinayət işi başlanaraq istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə