Ağstafada yeniyetmə bıçaqlanıb

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü M.Huseynli qolunun və qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Yeniyetmənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, M.Huseynli tanışı tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə