Ballıca kəndinə növbəti köç karvanı yola salınıb

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. SİA-nın xəbərinə görə, bu mərhələdə doğma yurdlarına 62 nəfərdən ibarət 17 ailə yola salınıb.

Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə