Babək rayonu Cəhri qəsəbəsində ərzaq mağazasında yanğın hadisəsi baş verib. SİA xəbər verir ki, məlumatla əlaqədar dərhal Babək rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 90 m² olan mağazanın 15 m² tavan hissə yanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə