Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə saat 22 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Bəylik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Saatlı şəhər sakini 1991-ci il təvəllüdlü Hüseynov Vüsal Mirəli oğlu idarə etdiyi 49-BF-564 dövlət nişanlı VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək Bəylik kənd sakini 1957-ci il təvəllüdlü Əliyeva Rahilə Babaş qızını vurub. Ağır xəsarətlər alan piyada Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq keçinib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB