DİN əməkdaşları qanunsuz saxlanılan silah-sursat aşkarlayıblar

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 8 qumbara, 6 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 294 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə