Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayaraq hadisə yerindən qaçıb - YENİLƏNİB
Gəncədə 24 yaşlı gəncin bıçaqladığı qardaşlar xəstəxanadan evə buraxılıb. TƏBİB-dən SİA-ya verilən məlumata görə, iyulun 23-ü saat 01:30 radələrində 2 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Qeyd olunub ki, onlara budun açıq və döş qəfəsinin digər şöbələrinin açıq yaraları diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə