Ağdam və Ağdərə rayonları ərazilərində davam edən yanğın mina partlayışları ilə müşayiət olunur. SİA xəbər verir ki, Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılan yanğın hələ də davam edir.
Yanğının geniş yayıldığı ərazilərdə əsasən Qazançı kəndi istiqamətində mina partlayışları müşahidə edilir.
Ərazinin dağlıq və minalı olması yanğının söndürülməsi işini çətinləşdirir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən açıqlamada isə bildirilir ki, sözügedən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə