Qazaxda sürücülük hüququ olmayan şəxs avtomobillə piyadanı vuraraq öldürüb

Qazaxda sürücülük hüququ olmayan şəxs avtomobillə piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, 1982-ci il təvəllüdlü Nağıyev Nurlan Eldar oğlu sürücükük hüququ olmadan idarə etdiyi HM 777 ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Eminov Müşfiq Əsgər oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə