Bu ilin yanvar-may aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzi uyğunluğu qiymətləndirən 78 qurumu akkreditasiya edib. SİA bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bunun 34-ü sınaq labaratoriyası, 28-i inspeksiya xidməti göstərən qurum, 7-si sınaq (kalibirləmə) labaratoriyası, 4-ü məhsul, iş və xidmətlərin sertifikatlaşdırılması üzrə qurum, 3-ü idarəetmə sistemlərinin sertifikatlaşdırılması üçün qurum, 2-si isə işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yerinə yetirən qurumdur.
"Uyğunluğun qiymətləndirilməsi sahəsində həyata keçirilən akkreditasiya prosesi dəqiq nəticələrə malik sınaqların, inspeksiya, ölçmə və kalibrləmə xidmətlərinin əldə olunmasını təmin etməklə yanaşı, istehlakçıların keyfiyyətli və təhlükəsiz mal və xidmətlərə çıxış imkanlarını artırır", - deyə məlumatdda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə