Nəsimi rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən 19 yaşlı A.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində saxlanılan şəxsin “Tufan” və “Minsk” markalı 2 motosikleti qaçırması, ümumi dəyəri 2 min100 manat olan 2 mopedi və bir qadına məxsus mobil telefonu oğurlaması müəyyən edilib.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə