Naxçıvanda birinci yarımildə 116 qida zəhərlənməsi qeydə alınıb

Naxçıvanda birinci yarımildə 116 qida zəhərlənməsi qeydə alınıb

Cari ilin birinci yarısında Naxçıvanda, ümumilikdə, 116 qida zəhərlənməsi hadisəsi baş verib. Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən SİA-nın bölgə müxbirinə bildirilib ki, zəhərlənmə hadisələrindən, ümumilikdə, 172 nəfər zərər çəkib. Qida zəhərlənmələrindən 70-i məişət zəminində, 46-sı isə ictimai iaşə müəssisələrində baş verib. Hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakı olub.

Qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə