Ucarda yol qəzasında 3 nəfər xəsarət alıb

Ucarda yol qəzası olub, xəsarət alanlar var. SİA-nın xəbərinə görə, hadisə rayonun H. Əliyev prospektində baş verib. Göyçay rayon sakini Namiq Məmmədovun idarə etdiyi "VAZ- 21015" markalı maşınla Ucar rayon sakini Abduləli Sadıqovun idarə etdiyi "VAZ 2107" markalı maşın toqquşub.

Nəticədə Ucar sakinləri - Elşən Məmmədov, həyat yoldaşı Ayşən Məmmədova və sürücü N. Məmmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə