Şərur rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olmayacaq

Şərur rayonunun bir neçə kəndində iyulun 14-də qaz təchizatı müvəqqəti dayandırılacaq. SİA-nın məlumatına görə, buna səbəb 159 mm boruda sızma aşkar olunması ilə əlaqədar təmir işləri aparılmasıdır.

Qaz təchizatı Şərur rayon Kürçülü, Kürkənd, Alışar, Muğanlı, Qorçulu, Şəhriyar və Yengicə kəndlərində iyulun 14-ü saat 14:00 dan müvəqqəti dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə