Qazaxda avtomobillər toqquşub - xəsarət alanlar var

Qazax raonunda avtomobillər toqquşub, xəsarət alanlar var. SİA xəbər verir ki, hadisə iki avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı, 1979-cu il təvəllüdlü Ə.Nürəddinov, 2005-ci il təvəllüdlü İ.Poladov, 1979-cu il təvəllüdlü F.Əsgərov və 2007-ci il təvəllüdlü X.Cəfərov xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə