Xaçmaz sakininə məxsus həyətdə tövlə və minə yaxın ot bağlaması yanıb

İyulun 13-ü günorta saatlarında Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayonun Çarxı kəndində Fərziyev Rüstəmə məxsus həyətdə tövlə və minə yaxın ot bağlaması yanıb.

Hadisə nəticəsində ev sahibinin qış üçün tədarük etdiyi 3 tona yaxın taxılı da yanaraq yararsız vəziyyətə düşüb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə