Gəncədə yanğın hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, sözü gedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasının 2 mərtəbəsində yerləşən mənzilin mətbəxində anidə yanğın olub.
Dərhal əraziyə FHN-nin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, mənzilin qalan hissəsi yanğından mühafizə edilib.
Fakt araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə