İyulun 9-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqədar 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə