Əməliyyat tədbirləri ilə 23 kiloqramdan artıq narkotik vasitə götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 8-də ümumi çəkisi 23,2 kiloqramdan artıq narkotik vasitə və 37 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 7 min 655 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə