Qarabağ suvarma kanalında kişi meyiti aşkarlanıb

Qarabağ suvarma kanalında kişi meyiti aşkarlanıb

Qarabağ suvarma kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində kişi meyiti aşkarlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, meyitin çıxarılması üçün əraziyə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda meyitin kanaldan çıxarılması üçün tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə