Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2025" planına uyğun olaraq keçirdikləri tədbir zamanı rayonun Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın 1856 ədəd çətənə bitkisi aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, aşkarlanan çətənə bitkisi toplanaraq yandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə