Ağac kəsənlər məsuliyyətə cəlb olunublar

Oğuz rayonunda ağac kəsərək qazanc əldə edənlərə qarşı polis şöbəsində cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan SİA-ya verilən məlumata görə, Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

Regional qrupundan o da bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə