Gənc sürücü yol qəzasında ölüb

Lənkəranda 20 yaşlı sürücü yol qəzasında ölüb. SİA-nın məlumatına görə, hadisə gecə Lənkəran-Lerik magistralının rayonun Darquba kəndində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Lənkəran şəhər sakini Ülvi Firdovsi oğlu Vəlizadənin idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi Lerik istiqamətində hərəkətdə olarkən yol kənarındakı yük avtomobilinə çırpılıb.

Avtomobildə sıxılaraq qalan sürücü çıxarılaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla

Bütün xəbərlər Facebook səhifəmizdə