Babək rayonunun bəzi yaşayış məntəqələrinə qazın verilişində fasilə yaranacaq

İyulun 8-də Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Gərməçataq, Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərinə qazın verilişində fasilə yaranacaq. SİA-nın bölgə müxbiri xəbər verir ki, fasiləyə səbəb 159 millimetrlik borunun korroziyaya uğramasıdır. Yeraltı xəttin yerüstü xətlə dəyişdirilməsi ilə əlaqədar həmin yaşayış məntəqələrinə sabah saat 08:00-dan qaz təchizatı müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə