Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur şəhərində ərzaq mağazasında yanğın baş verməsi barədə məlumat daxil olub.
SİA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar Şərur Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri dərhal hadisə yerinə cəlb olunublar. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 1980 kvadratmetr olan obyektin 2 kvadratmetr sahəsi, 1 ədəd kombi və pəncərəsi yanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə