Metronun “20 Yanvar” stansiyasının yaxınlığında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə