Şəmkirdə maşınlar toqquşdu - 35 yaşlı kişi öldü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində olub. Belə ki, “VAZ 2106” markalı avtomobil “Toyota Rav-4” markalı maşınla toqquşub. Qəza zamanı “VAZ 2106”da olan 1990-cı il təvəllüdlü Əli İsmayılov həyatını itirib. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə