Şabran rayonunda dağlıq-meşəlik ərazidə baş verən yanğın tam söndürülüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayonun Çaraq kəndi istiqamətində mürəkkəb relyefli ərazidə başlayan yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının yayılmasının qarşısı alınaraq söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülüb. Yanğın artıq tam söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB