Yekaterinburqda qətlə yetirilən qardaşlar küt alətlə vurulublar - Ədalət Həsənov

"Rusiyanın şəhəri Yeketerinburqda qətlə yetirilən qardaşlar küt alət və odlu silahla vurulub". SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı AZƏRTAC-da keçirilən mətbuat konfransında deyib.

O həmçinin qeyd edib ki, ölülərin meyitləri ilk növbədə yoxlanılıb, daha sonra xəsarətlər aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə