Sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub

Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 596 min 391 manat оlan qaçaqmal aşkarlanaraq götürülüb. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, о cümlədən istifadəyə yararsız avtomat silahı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 391 kiloqram 268 qram narkоtik vasitə, 2018 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb qanunsuz dövriyyədən çıxarılmış ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 20 ton 331 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə