İranda 4.2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Heydərabad stansiyasından 38 km şimal-qərbdə, İran ərazisində zəlzələ olub. Zəlzələ Heydərabad ərazisində yüksək mərtəbəli binalarda 3 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə