Lənkəranda iş adamı bıçaqlanıb. SİA xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin “Böyük Bazar” adlanan ərazisində baş verib.
Məlumata görə, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən “Pambayı” istirahət mərkəzinin müdiri, 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, bədəninin müxtəlif nahiyələrindən ümumilikdə 5 bıçaq zərbəsi alıb. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və zəruri ilkin tibbi yardımdan sonra cərrahi əməliyyata alınıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170