Naxçıvandakı qəzada ölən və xəsarət alanların kimliyi məlum olub. SİA-nın yerli bürosu xəbər verir ki, bu gün səhər saatlarında Kəngərli rayonunun Xok kəndi yaxınlığında baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub.
Belə ki, Qıvraq qəsəbə sakini 1996-cı il təvəllüdlü Məmmədov Emin Rza oğlu və 1974-cü il təvəllüdlü Məmmədzadə Davud Yaqub oğlu qəza zamanı keçinib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Əlisahib Həsənli jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, qəzada hamilə qadın Qıvraq qəsəbə sakini 2000-ci il təvəllüdlü Məmmədova Xanım Müşfiq qızı və Şərur rayonu Cəlilkənd sakini 1981-ci il təvəllüdlü İsayev Yaməddin Şəmsəddin oğlu xəsarət alıblar.
Həkimin sözlərinə görə, onların vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, qəza zamanı ölən Emin Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı, həmçinin yaralanan hamilə qadın Xanım Məmmədovanın həyat yoldaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə