Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Şabranın Günəşli kəndi ərazisində iki yük və bir minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 3 nəfər ağır xəsarətlər alıb.
Yaralılardan Ağakişiyev Əmrulla Mustafa oğlu Quba, Cəbrayılov Elnur Natiq oğlu və Ağayev Samir Müşviq oğlu isə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə