Türkiyənin Ərzurum vilayətinin Oltu bölgəsindəki karxanada qayanın uçması nəticəsində 3 nəfər həlak olub. SİA xəbər verir ki, faciə şənbə günü səhər qara kəhrəba hasil olunduğu ərazidə baş verib.
Hadisə yerinə qısa müddətdə xilasetmə, yanğınsöndürən, jandarmeriya və həkim qrupları yönləndirilib.
Son məlumata görə, həlak olan iki nəfərin cəsədi yer altından çıxarılıb. Daha bir fəhlə ağır yaralı halda çıxarılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faciənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə